Putin barədə hökm verən qadın

Beynəlxalq Cinayət Məhkəməsinə Tomoko Akane rəhbərlik edəcək

Hakim Tomoko Akane Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri, onun müavinləri isə Rosario Salvatore və Rein Alapini-Qansu seçilib. 2023-cü ilin martında Akane və Salvatore Rusiya prezidenti Vladimir Putinin həbsinə order veriblər. Rəyasət Heyətinin yeni tərkibi İCC-nin saytında elan olunub. Onun üzvləri üç il müddətinə seçilib.

“Hakim yoldaşlarım tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin sədri vəzifəsinə seçilməkdən şərəf duyuram. Mən məhkəmələr, müdafiə və zərərçəkmişlərin nümayəndələri arasında dialoqun inkişaf etdirilməsinə, həmçinin iştirakçı dövlətlər və hələ Roma Əsasnaməsini ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə diqqət yetirəcəyəm”, deyə Akane bildirib.

ICC-nin saytındakı bəyanatda vurğulanır ki, BCM-nin (İCC) əsas müqaviləsi olan Roma Nizamnaməsinə əsasən, Rəyasət Heyəti prokurorun fəaliyyəti istisna olmaqla, məhkəmənin düzgün idarə edilməsinə cavabdehdir. Rəyasət Heyəti həmçinin dövlətlər və beynəlxalq təşkilatlarla bütün BCM üzrə əməkdaşlıq müqavilələri bağlayır.

2023-cü ilin martında Akane, Salvatore və Serxio Gerardo Ugalde Godinez Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order veriblər. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıyırlar. BCM-nin izah etdiyi kimi, Rusiya prezidentinin buna görə şəxsi məsuliyyət daşıdığına inanmaq üçün “ağıllı əsaslar” var.

Bütün xəbərlər Facebook səhifəmizdə