"Vaşinqton üçün əsas olan onun milli və geostrateji maraqlarıdır" - ŞƏRH EDİLDİ
“ABŞ-nin Ukrayna ilə bağlı situasiyası tamamilə Rusiyanı zəiflətmək və ləngitməkdən ibarətdir”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.
Onun sözlərinə görə, ABŞ-nin Ukrayna dövlətinə və xalqına xüsusi bir rəğbəti yoxdur: “Vaşinqton üçün əsas olan onun milli və geostrateji maraqlarıdır. Bu istiqamətdə də ABŞ-nin güzəştə getməyəcəyi ölkə yoxdur. ABŞ Rusiyanın gücünü sındırmaq və iqtisadi potensialını zəiflətmək üçün uzunmüddətli planı icra etdi. Plan təbii ki, Ukrayna ilə bağlıdır. Rusiyanın Ukraynaya müdaxilə etməsi fonunda əslində geostrateji müharibənin bir qolu başlamış oldu. İki ildən artıq müddət keçib və Rusiyanın kifayət qədər itkiləri var. Amma ABŞ-nin planladığından fərqli olaraq Rusiya müharibədə o qədər də zərər görmədi. Rusiyanın müharibədə gördüyü zərər ümumi miqyası baxımından o qədər də ciddi deyil. Rusiya istər xarici valyuta rezervləri, istər təbii sərvətləri, istərsə də qərbə qarşı təzyiq rıçaqlarının formalaşdırılması baxımından təcrübəli idi müharibəyə hazırlıqlı idi”.
T.Rzayev bildirib ki, müharibə iki ildir davam etsə də, Rusiyanı gözlənilən səviyyədə zəiflətmədi, daxildəki subyektlər ayağa qalxmadı, Putinə qarşı çevriliş planı baş tutmadı: “Belə olan təqdirdə Ukrayna müharibəsinin uzadılmasının mənası yoxdur. Ukrayna ona ayrılan yardımlardan tam istifadə edib, amma torpaqlarını ger qaytara bilmir. Belə olduğu halda ABŞ daha çox danışıqlara getməyə üstünlük verir və danışıqlar vasitəsilə də prosesləri səngitməyə aparacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB