"Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir"

"Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir"

Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə həmkarına bir daha təşəkkürünü bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bunu Qazaxıstanın Azərbaycana qardaş köməyi adlandırıb. Deyib ki, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə