COP29 Azərbaycan və onun diplomatiyası üçün böyük tarixi nailiyyətdir - TOKAYEV
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir. SİA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “COP29-da iştirak dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı bu işin öhdəsindən sözsüz ki, gələcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB