“Böyük Qayıdış ilə Azərbaycanın gücünü bəyan edirik” - DEPUTAT DANIŞDI
“Toqpaqlarımız işğaldan azad olduqdan, böyük zəfərimizdən sonra ilk işimiz bu torpaqlarda infrstruktur layihələrinin həyata keçirilməsi və böyük quruculuq işinə başlamaq oldu. Bu mənada ən əhəmiyyətli məsələ isə Böyük Qayıdış layihəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
O bildirib ki, zəfərdən qısa müddət sonra ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində 30 ildən artıq evindən didərgin düşmüş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıtmaq imkanı qazandılar: “Bu proses böyük bir sürətlə başladı və davam edir. Bu günə qədər minlərlə vətəndaş doğulub, böyüdüyü torpaqlarına qayıdıb və onlar üçün lazımi bütün şərait yaradılıb. Dövlətin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda evlər inşa edilib, məişət-iaşə, ticarət obyektləri, məktəblər, xəstəxanalar inşa edilib. Bütün bunlar vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi üçün atılan addımlar. Bu işlər sürətlə davam edir və işğaldan azad edilmiş ərazilərimiz yenidən canlanır. Bu qayıdışın mühüm əhəmiyyətləri var. Biz bütün dünyaya Böyük Qayıdış layihəsi ilə bir daha Azərbaycanın gücünü bəyan edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB