"2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

"2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

2024-cü ilin 8-9 mart tarixlərində Fairmont Baku Hotelinin “Nizami Gəncəvi” zalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

SİA xəbər verir ki, konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak ediblər. Həmçinin, sözügedən konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak ediblər.

Konfrans çərçivəsində bu mövzulara toxunulub:

1. Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış;

2. Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi;

3. İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya;

4. Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;

5. Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;

6. Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması;

7. Qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları;

8. Cinsiyyətli İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.

Qeyd edək ki, 15 mart tarixinin “İslamofobiya ilə mübarizə günü” olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə