Ombudsman Aparatının kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Martın 5-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə