Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclası keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, parlamentin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov bu gün Şimali Makedoniyanın Skopye şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər martın 6-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə