"Ermənistanı buna təşviq edən böyük qüvvələr var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Son zamanlar Azərbaycan-Ermənistan sərhədində müharibənin olacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, bu mövzu elə birbaşa erməni mətbuatında yayılır: "Hətta bu açıqlamalarda maraqlı məqamlar da var, belə ki, burada üçüncü bir ölkənin də adı çəkilir. Artıq şərti sərhəddə atəşkəs iki dəfə pozulub. Məlumdur ki, Ermənistanı buna təşviq edən böyük qüvvələr var. Yəni, İrəvanın iradəsindən asılı olmayaraq onunla bağlı plan bu istiqamətdədir. Düşünürəm ki, Ermənistan hakimiyyəti ikinci bir müharibəyə hazırlaşırsa, bu, onun xalqı üçün növbəti zərbə olacaq. Mən düşünürəm ki, Nikol Paşinyan özü də yaxşı bilir ki, növbəti bir məğlubiyyət erməni cəmiyyətində ciddi sarsıntı və əlavə iqtisadi problemlər yaradacaqdır. Digər bir məsələ isə Azərbaycana məxsus məxfi məlumatların hər hansı bir dövlətə ötürülməsi, həm də müharibə məqsədilə edilməsi birbaşa beynəlxalq hüquqa və təhlükəsizliyə ziddir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə