Erməni diplomatiyasının və təbliğat maşınının PARTLAYAN SABUN KÖPÜYÜ - TƏHLİL

Erməni diplomatiyasının və təbliğat maşınının PARTLAYAN SABUN KÖPÜYÜ - TƏHLİL

Erməni cəmiyyətini bu vaxta qədər aldadanlar, yalan miflər uyduraraq, onu reallıq kimi sırımağa çalışanlar və hətta, uydurmalarının “bar gətirəcəyi” barədə vədlər verənlər yəqin ki, proseslərdən, hadisələrin gedişatından öz nəticələrini çıxarar və gec də olsa ağıllarını başlarına yığaraq, bundan çəkinərlər. Hər halda, hayların xülyaları ilə reallıqların bir müstəviyə sığışmadığını görmək, dərk etmək erməni cəmiyyəti üçün nə qədər çətin olsa da, bütün dünyanın münasibətindən də olsa, ən azından müvafiq nəticə hasil etmək onlar üçün də çətin olmaz.

Hələ də erməni cəmiyyətinin miflərlə “qidalandırılması”, hələ də uydurmalara daha geniş yer verilməsi təəccüb doğurmaya bilməz. Çünki həmin miflərin də, uydurmaların da puç olduğu öz təsdiqini dəfələrlə real müstəvidə tapıb və yenə də tapmaqdadır. Dırnaqarası “məğlubedilməz” Ermənistan Ordusunun əslində, fərarilər yığınından ibarət olduğunu erməni cəmiyyəti əyani şəkildə gördü. Düz on mindən çox sayda “məğlubedilməzin” cəbhə xəttini, döyüş meydanını silah-sursatla birlikdə, hərbi texnika ilə bir qoyub aradan çıxdığının haylar özləri şahidi oldular. Döyüş zamanı bir orduda, beş-on nəfər qaçıb aradan çıxan olar, on min nəfər olmaz və bu rəqəm yəqin ki, ermənilərin hansı dərəcədə öz ordularını “məğlubedilməz” hesab edib-etməyəcəyi qənaətinə gəlmələri üçün onlara çox lazım olar. Həmçinin, erməni cəmiyyəti üçün daha bir lazımlı faktı diqqətə çatdırmaq istərdik ki, müharibə dönəmində Azərbaycan Ordusunun bircə əsgəri belə fərarilik etmədi və kimin məğlubedilməz olduğunu dərk etmələri üçün haylar bunu da yəqin ki, nəzərdən qaçırmazlar.

Təbii ki, “Ohanyan xətti” adlanan dırnaqarası “keçilməz sədd” barədə, KTMT-nin Azərbaycana qarşı və Ermənistanın tərəfində döyüşməyə hazır olması ilə əlaqədar, dünya erməni birliyinin sərhədsiz imkanları haqqında uydurulan miflər də sabun köpüyü kimi partladı. Amma öz xoşuna partlamadı, 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti ilə başlayan və Azərbaycanın Qarabağ bölgəsində parlaq şəkildə hazırlanaraq həyata keçirilən bir günlük antiterror tədbirləri ilə başa çatan işlərlə həmin köpük partladıldı və yaratdıqları miflərin süqutu erməni cəmiyyətini bərbad vəziyyətə saldı. Təkcə fiziki, iqtsadi və maddi itgilər baxımından deyil, şok, qorxu və ümidsizlik baxımından haylar çox acınacaqlı və isterik vəziyyətə düşdülər. Erməni miflərinin dağılmasında, puç olmasında günahkarların axtarışı həmin cəmiyyətdə bu günə qədər davam edir və həmin ölkədə vəziyyət həqiqətən də tragikomik bir tamaşanı xatırladır. Hamı nə isə axtarır, amma əfsus ki, hələ də həqiqəti yox, uydurulan mifləri və onların hara yox olmasının səbəblərini axtarırlar. Ona görə də vəziyyətdən istifadə etmək niyyətində olan erməni təbliğat maşını miflərlə yaşamağa öyrəşmiş və onların yoxluğuna dözə bilməyən erməni cəmiyyətini yenə də aldatmağa çalışır. Amma onlar bir məsələni unudurlar ki, istənilən bir cəmiyyəti sonsuza qədər aldatmaq mümkün deyil və bunun qətiyyən sonu yoxdur. Çünki nə qədər yeni miflər yaratsalar da, nə qədər uydurmalar ortaya atsalar da, nə qədər şişirtsələr də, eyni ilə bu vaxta qədər partlayan sabun köpüyünə bənzər mifləri kimi yeniləri də dayanıqsız olacaq, partlayacaq...

Onsuz da ermənilərin mifləşdirdiklərinin, uydurduqlarının bir müddət sonra məhz sabun köpüyü kimi partlaması prosesi hələ də davam edir, yetər ki, bundan erməni cəmiyyəti doğru-düzgün nəticə çıxarsın. Hər halda, haylar çox yaxşı bilməlidilər ki, eyham nəyə vurulur və məhz Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekerin arqumentləri ilə qarşılaşdıqları zaman başları divara dəymiş kimi olmalı idi. Hər halda, Elizabet Vinkelmeyer-Beker Almaniyanın İrəvandakı səfirliyində erməni jurnalistlərin suallarını cavablandırarkən dediklərinin daha bir sabun köpüyünü “darmadağın” etdiyini haylar özləri daha yaxşı müşahidə etmiş oldular. Bəlkə də Avropa İttifaqında məhz Şvabenin Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsindən dişlərində “şirni” qalan haylar, elə hesab edirlərmiş ki, indi də Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri onların eşitmək istədiklərini və ən əsası da, uydurduqlarını təsdiqləyəcək. Amma belə olmadı və İrəvanda olan Elizabet Vinkelmeyer-Beker nəinki onların arzularını ürəklərində qoydu, öz arqumenti ilə hətta daha bir erməni “sabun köpüyünü” partlatdı.

Sözsüz ki, erməni jurnalistlərin suallarındakı təkəbbürlülük, eləcə də primitiv manipulyasiya diqqətdən yayına və ikrah doğurmaya bilməz. Əlbəttə ki, bu, xanım Elizabet Vinkelmeyer-Bekkerin də diqqətində kənarda qalmayıb. Hətta ona də əminik ki, erməni jurnalistlərin təkəbbürlülüyü Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədrində bir ikrah da doğurmuş olub. Əks halda, onlara tam kəskin şəkildə cavab verməzdi. Hər halda, təkəbbürlü və manipulyasiya cəhdinə hədsiz dərəcədə meyilli erməni jurnalistlərin öz ölkələrini və Ukraynanı eyni miqyasa, eyni müstəviyə qoymağa çalışmaları onu kifayət qədər “heyrətləndirə” bilib. Çünki işğalçı ölkə Ermənistanla işğala məruz qalan, işğalın qurbanı olan Ukraynanı bir müstəvidə görmək qədər həyasızlığı haylardan görürdü. Hətta gördüklərinin fonunda onun əsəbiləşdiyi də aydın şəkildə hiss olunurdu və məhz buna görə də, onun növbəti erməni sabun köpüyünü partladan cavabı özünü çox gözlətmədi. “Əlbəttə, insan ölçüləri bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisində yerləşir”, - deyə Elizabet Vinkelmeyer-Bekkerin belə kəsə və kəskin şəkildə bildirməsi az qaldı ki, köpüklə bərabər elə jurnalistlərin özlərini də partlatsın. Amma susmaqdan başqa, reallığı həzm etməkdən, udmaqdan başqa çarələri yox idi, çünki qarşılarındakı küçə nümayişlərindən gələn beli çantalı Paşinyan deyildi, Avropanın adlı-sanlı xanım diplomatı idi...

Azərbaycan ərazisinin 20%-ni əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxlayan bir ölkəni, yəni Ermənistanı primitiv və əsassız şəkildə az qala, “işğal qurbanı” kimi təqdim etməyə çalışan, uydurmalarını reallıq olaraq sırımaq istəyən erməni təbliğatçılarının üstünə, xanım diplomatn cavabı ilə qışın bu vaxtında sanki buzlu su töküldü. Sözsüz ki, Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri nə dediyini çox yaxşı bilirdi və Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının bütün erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbini əks etdirən 4 qətnaməsindən də xəbərsiz olması ağlabatan deyil. Hətta Ermənistanın bu tələbi yerinə yetirmədiyini bilən xanım dilomat, çox güman ki, işğalçı ölkə ilə bağlı daha incə məqamları da yaxşı bilir. Məsələn, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, soyqırımlar, Ermənistanın etnik təmizləmə siyasəti aparması, monoetnik dövlət olması ilə bağlı kifayət qədər bilgisi olmamış olmaz. İndi ermənilər utanmadan, qızarmadan törətdikləri vəhşilikləri inkar etməyə çalışsalar da, əvvəla, hadisə şahidləri də yaşayır, bu barədə foto və video materiallar da saxlanılır, üstəlik, həmin hadisələrin izləri hələ də silinməyib. Hələ də Xocalı ərazisində, ümumilikdə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda abadlıq işləri aparılan zaman kütləvi məzarlıqlar aşkar edilir ki, həmin məzarlıqlar araşdırılan zaman insanların məhz vəhşiliklə, xüsusi amansızlıqla qətlə yetirildiyi bəlli olur. Amma bütün bunların fonunda işğalçı Ermənistanı işğalın qurbanı olan Ukrayna ilə müqaisə etmək ancaq hay hayasızlığına sığışa bilərdi və elə də oldu. Məsələ burasındadır ki, artıq hayların hayasızlıqları da işə yarayan olmadı. Erməni təbliğatçıları öz ölkələrini Ukrayna ilə müqayisə edərək yeni mifi fəal şəkildə yaymaq istəsələr də bu dəfə cəhdləri fiaskoya uğradı. Amma hadisələrin gedişi onu deməyə əsas verir ki, hay tayfaları nə hayasızlıqlarını, nə də mif uydurma xislətlərini yerə qoyan, kənara atan kimi görünmürlər. Əksinə, görünən odur ki, daha bir ibtidai mif yaratmaq üzərində fəal iş aparılır. Məqsəd də, utanmadan, Ermənistan və Ukraynanı eyniləşdirməyə çalışmaqla, eyni ilə Ukraynanın işğalın qurbanı olması ilə Ermənistanı müqaisə etməklə, ölkələrinin işğalçı ölkə olmadığı görüntüsünü formalaşdırmaq, bununla da apardıqları işğalçılıq siyasətinə görə məsuliyyətdən yayınmaq, bütün törətdikləri cinayətlərin üstünü ört-basdır etməkdir. Yenə də guya yazıq olmuş erməni obrazı yaradaraq vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər. Amma, nə qədər ayaq tutsa da, yalan, bu qədər, yəni, əsrlər boyu, lap elə sonsuza qədər yeriyə bilməz. Sözsüz ki, haylar, onların mif, uydurma qondaran təbliğat maşını Elizabet Vinkelmeyer-Bekkerin sərt cavabı ilə toqquşmağa məruz qaldığı kimi, beynəlxalq hüquqa və özünə hörmət edən əcnəbi siyasətçilərinin erməni təbliğatçılarına cavab verəcəkləri fonunda bir-birinin ardınca fiasko ilə üzləşməli olacaq və hələ çox erməni köpüyü partlayacaq...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə