“Görülən bütün işlər Azərbaycan dövlətinin gücünü ortaya qoyur” - DEPUTAT FİKİR BİLDİRDİ

“Görülən bütün işlər Azərbaycan dövlətinin gücünü ortaya qoyur” - DEPUTAT FİKİR BİLDİRDİ

“İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış layihəsi çərçivəsində vətəndaşlarımızın öz əzəli ata-baba yurdlarına qayıdışı həyata keçirilir. Bu qayıdışın baş tutması üçün vacib, əhəmiyyətli olan bütün infrastruktur layihələri həyata keçirilib. Zəfərdən qısa bir müddət sonra artıq biz Şuşaya böyük zəfər yolunu çəkdik, Füzuli hava limanını tikdik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, 32 il ərzində düşmən tərəfindən xarabalığa çevrilən torpaqlarımıza yeni can gəldi, ərazilərimiz abadlaşdı: “Bütün bu layihələr çərçivəsində Böyük Qayıdış layihəsi də uğurla davam etdirilir. Köç prosesinin sürətlə, intensiv şəkildə həyata keçirilməsi Azərbaycan dövlətinin qüdrəti, gücünün bariz nümunəsidir. Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin dəmir iradəsinin bərqərar olması, bütün zamanlar üçün keçərli olmasının əhəmiyyətli nümunəsidir.

Məlumdur ki, bu gün azad etdiyimiz torpaqların hər qarışında sürətlə yenidənqurma işləri həyata keçiririk. İnfrastruktur layihələri sürətlə, ardıcıl şəkildə həyata keçirilir. Yaşayış binaları tikilir, lazımi bütün şərait təmin edilir. Həmçinin məktəb, bağça, inzibati binaların tikintisinə də xüsusi diqqət ayrılır. Görülən bütün işlər Azərbaycan dövlətinin gücünü ortaya qoyur və torpaqlarımız üçün hər an mübarizə aparmağa hazır olduğumuzu göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə