"AŞPA kimi beynəlxalq qurumlar siyasi əxlaqsızlıqlarla məşğuldurlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"AŞPA kimi beynəlxalq qurumlar siyasi əxlaqsızlıqlarla məşğuldurlar" - MÜNASİBƏT BİLDİRİLDİ

“Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qətnamə qəbul etməsi gözlənən idi. Son zamanlar Fransanın təkidi ilə Azərbaycana qarşı addımlar atılmağa başlanıb”. Bu barədə SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu qərar Avropa Parlamentinin deyil, Amerika Birləşmiş Ştatlarının işidir: “Cənab Prezident bir ifadə işlətdi ki, “Lazım olmayan daşlar yerindən tərpəndi, ona görə bizi cəzalandıracaqlar”. Bu məsələlər gözlənilən idi. Amma elə səviyyəsiz məsələlərdə Azərbaycanı ittiham edirlər ki, bunların heç biri (İstər insan haqlarının pozulması, istər siyasi məsələlərlə bağlı) ümumiyyətlə burada yoxdur. Bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bir dövlət kimi özünü təsdiq edib. Azərbaycan Prezidenti öz iradəsini ortaya qoyub və xalqın ondan istədiyini verib. Hansı cür istəyirlər don geyindirirlər, nə istəyirlər desinlər, istədikləri qədər pərdəarxası oyunlar oynasınlar”.

Politoloq bildirib ki, bu kimi addımların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: “Çünki biz 30 ilə yaxın müddətdə dünyanın ədalətsizliyini, ikiüzlülüyünü, dövlətlərin mövqeyini gördük. 2008-ci ildən etibarən Leyla Əliyevanın “Xocalıya Ədalət” şüarı ilə dünya ölkələri ilə görüşlər, çıxışlar keçirilib. Amma bunların nəticəsində cəmi 18 ölkə bu faciəni tanıyıb. Bu ölkələr içərisində dünyanın aparıcı ölkələri yoxdur. Biz onsuzda bilir və görürük ki, dünyada ədalət yoxdur. İndi ona görə AŞPA, başqası da nə qəbul edirlər etsinlər. Bu Azərbaycanı nə yoldan döndərə biləcək, nə İlham Əliyevi qorxudacaq, nə də xalqla Prezident arasında uçurum yarada biləcəklər. Bunların hamısı uğursuz gedişlərdir. Çox təəssüf ki, AŞPA kimi beynəlxalq qurumlar siyasi əxlaqsızlıqlarla məşğuldurlar”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə