"Qarabağ Universitetinin açılması dövlətin təhsilə olan diqqətinin təzahürüdür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qarabağ Universitetinin açılması dövlətin təhsilə olan diqqətinin təzahürüdür" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"30 ilə yaxındır ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Politoloq bildirib ki, o cümlədən də Qarabağ bölgəsində olan dövlət qurumları ləğv olundu: "44 günlük Vətən müharibəsindən sonra işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələri çıxarıldıqdan sonra orada infrastrukturun bərpası prosesi başladı. Artıq işğal olunmuş ərazilərdə, ümumi Qarabağ bölgəsində yenidənqurma işləri başlayıb. Burada dövlət qurumları yenidən öz fəaliyyətlərinə başlamaqdadır. O cümlədən də, istər mədəniyyət, istər təhsil sahəsində proseslər gedir. Qarabağ bölgəsi Azərbaycanın dilbər guşəsidir. Burada kifayət qədər əhali yaşayıb. Orada yeni infrastrukturla yanaş təhsil sisteminin də bərpası dövlətin əsas meyarlarından, Prezidentin dövlət qurumları qarşısında qoyduğu məsələlərdən biridir. Qarabağda orta, ali məktəblərin açılması dövlət üçün prioritet məsələlərdəndir. Qarabağ Universitetinin açılmasına məhz bu proyektin tərkib hissəsi kimi baxmaq lazımdır. Bu təhsil sistemini yaratmaq, həmin bölgədə əhalinin işlə təmin olunması dövlətin göstərdiyi qayğının təzahürüdür.

Qeyd etdiyim kimi, Qarabağ Azərbaycanın dilbər guşəsidir. Burada təhsil sisteminin inkişafına əhalinin orada yaşaması və rahat işlə təmin olunması kimi baxılmalıdır. Qarabağ Universitetinin açılması dövlətin təhsilə olan diqqətinin təzahürüdür. Hesab edirəm ki, proses paralel gedir və bütün strukturlarla yanaşı təhsil sisteminin Qarabağ bölgəsində inkişafı ümumi ali məqsədin tərkib hissəsidir. Planlar paralel gedir. Hesab edirəm ki, Qarabağ Universitetinin açılmasına ümumilikdə Azərbaycan təhsilinə göstərilən qayğı kimi baxmaq lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə