Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycanın Türkiyədəki səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri qəbiristanlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb. Abadlıq işləri Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparılır və M.Ə.Rəsulzadənin vəfatının ildönümünə (6 mart) qədər yekunlaşması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə