"Ermənistanın Türkiyə ilə bağlı mövqeyi aydındır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Antaliya diplomatik forumunda iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, nəzərə alsaq ki, bu, Ararat Mirzoyanın qardaş ölkəyə ilk səfəri deyil və daha öncəki səfər zamanı qeyri-adi heç bir hadisə baş verməyib: "O zaman Ermənistan xarici işlər nazirinin Antaliya diplomatik forumundakı iştirakı, həmçinin keçirəcəyi görüşlər zamanı da hər hansı bir ciddi bir nəticənin olmayacağını söyləmək mümkündür.
Ermənistanın Türkiyə ilə bağlı mövqeyi aydındır və İrəvan Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasını arzulayır. Türkiyə də bunu Azərbaycanın ədalətli şərtləri, o cümlədən Zəngəzur dəhlizinin açılması təmin olunmadan, sülh müqaviləsi imzalanmadan mümkün hesab etmir. Hazırda nə Türkiyənin mövqeyində, nə də Ermənistanın ritorikasında dəyişiklik baş verməyib. Bu baxımdan, səfərdən hər hansı bir gözləntim də yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB