Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün vizaları sadələşdirir
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün viza prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır. SİA-nın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə deyib.
O qeyd edib ki, Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verib.
“Ölkəmiz də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atır”, - o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB