ANAMA-ya Aparat rəhbəri təyin edilib

ANAMA-ya Aparat rəhbəri təyin edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub. SİA xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf

Hüseynov bu vəzifəyə təyin olunub.
Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.

Bütün xəbərlər Facebook səhifəmizdə