YAP nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTOLAR

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni Azərbaycan Partiyasının nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. SİA xəbər verir ki, abidənin önünə əklil və gül dəstələri qoyulub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə