"Kadr siyasəti cəmiyyətin sosial piramidasında əlçatanlığı təmin edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Kadr siyasəti cəmiyyətin sosial piramidasında əlçatanlığı təmin edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda həyata keçirilən kadr siyasətinin əsasında xidmətlərin və rifahın vətəndaşlar üçün daha əlçatan olması dayanır. Bu, dinamik bir proses olduğu üçün vaxtaşırı olaraq Azərbaycanda kadr islahatları həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan Prezidentinin yeni kadrlar təyin etməsi ilə bağlı sərəncamları da məhz buna hesablanıb: "Nəticə etibarilə kadr dəyişiklikləri istənilən idarəetmə aparatında ardıcıl olaraq həyata keçirilir. Çünki kadrların peşəkarlığının artması, keyfiyyətli fəaliyyət üçün bilik və bacarıqların səfərbər olunması, idarəetmə sahəsində yeni təcrübələrin qazanılması kimi mühüm məsələlər var. Bu da kadrlardan daim hazırlıq tələb edir".

"Həmin tələbləri yerinə yetirəcək peşəkarlığa malik olan kadrlar şübhəsiz ki, dövlət idarəetmə aparatında öz yerlərini tuturlar. Bunun başqa bir mühüm cəhəti ondan ibarətdir ki, idarəetmədə və bütövlükdə cəmiyyətin sosial piramidasında əlçatanlığı, sosial liftin işləkliyini təmin edir. Sosial lift, ən kiçik rütbəli məmur səviyyəsindən, ən yüksək rütbəli məmur səviyyəsinə yüksəlməkdir. Bu, öz-özlüyündə idarəetməni həm də orqanizmə çevirir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə