"Qarabağ tam geniş formada inşa olunur, tikilir, qurulur" - MÖVQE BİLDİRİLDİ
"Bu gün "Böyük Qayıdış" sürətli formada cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu istiqamətdə çox mühüm tədbirlərin şahidiyik: "Artıq Azərbaycanın əksər bölgələrində bu istiqamətdə vacib layihələr həyata keçirilir. Qısa müddətdə Zəngilan, Laçın, Şuşa və digər bölgələrdə biz çox uğurlu və mühüm layihələrin həyata keçirildiyinin şahidiyik. Bütün bu ərazilərimizdə həyat yenidən dirçəlir. Məcburi köçkünlərin geri qayıdışı üçün bütün addımlar görülür. Əslində Qarabağ zəfərindən sonra gözlənilən o idi ki, bu proses uzun müddət çəkəcək və davam edəcək. Söhbət ondan gedir ki, bu ağır, uzun prosesdir. Bunun üçün çox zaman lazımdır. Amma cənab Prezidentin rəhbərliyi ilə biz qısa müddətdə çox böyük tədbirlərin və işlərin həyata keçirildiyinin şahidi olduq. Artıq deyə bilərik ki, Qarabağ tam geniş formada inşa olunur, tikilir, qurulur.
Bəzi rayonlarda həyatın öz axarına qayıtması da bunu təsdiq edir. Cənab Prezidentin iştirakı ilə Zəngilanın Ağalı kəndində, Laçında bu işlərin sürətli formada həyata keçirildiyinin və addımlar atıldığının şahidiyik. Bu da onu deməyə əsas verir ki, Azərbaycan hədəfləri məramlarına ən qısa zamanda nail olacaq. Eyni zamanda yeni iqtisadi zonalar yaradılır. Ağdamda yeni sənaye bankı yaradırıq, böyük işlər görülür. Buna paralel olaraq Cəbrayılda Araz vadisi iqtisadi zonası inşa olunur. Bu istiqamətdə mühüm işlər görülür. Bütün bu işlər dövlətin bu məsələyə həm də nə qədər ciddi, həssas yanaşdığının göstəricisidir. Eyni zamanda bu bizim qısa vaxtda bütün hədəflərə, məqsədlərimizə nail olacağımızı da göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB