“Erməni toplumu tarixən terrorçu, satqın, xəyanətkar olub” - MÜNASİBƏT BİLDİRİLDİ

“Erməni toplumu tarixən terrorçu, satqın, xəyanətkar olub” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan, erməni toplumu tarixən terrorçu, satqın, xəyanətkar olub. Təsadüfi deyil ki, dünyada çoxdandır bir termin var: “ermənizm xəstəliyi”. Bu xəstəliyin belə görünür, çarəsi yoxdur. Düzdür, bu xəstəlik bütövlükdə bölgəyə, dünyaya da bir hansısa təhlükələr törədir, ancaq məntiq və reallıq budur ki, sağalmaz xəstəlik enində-sonunda ona düçar olanı öldürür, məhv edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Faktiki, Ermənistan özünüməhv yolunu tutub. Normal dövlət olmaq, normal yaşamaq, bölgədə inkişafa fayda vermək kimi düşüncələrini formalaşdıra bilmirlər. 2020-ci ilin Vətən Müharibəsində başlarına dəyən dəmir yumruqdan sonra düşünürdük ki, ağıllanacaqlar. Ancaq 2022-2023-cü illər ərzində yenidən revanşa meylləndilər, Azərbaycan ərazisində terrorçu fəaliyyətə son vermək öhdəliklərini yerinə yetirmədilər. Bunun da ağır nəticəsini gördülər: 2023-cü ilin sentyabrında Azərbaycan lokal antiterror tədbirləri ilə Qarabağdakı separatçı rejimi birdəfəlik məhv etdi.

Ancaq son günlərdə bəzi erməni “siyasətçilər” belə iddialar səsləndirməyə başlayıblar ki, ermənilər Qarabağa Azərbaycan vətəndaşı kimi qayıtmayacaq. Əvvəla, cəhənnəmə qayıtsınlar, bizə Qarabağda erməni qətiyyən lazım deyil.

İkincisi, antiterror tədbirlərindən sonra könüllü şəkildə, başıboş erməni “liderlərin” çağırışı, təhriki ilə Qarabağdan köçüb getmiş ermənilər geri dönmək istəyirlərsə, bunun bircə yolu var: Azərbaycan vətəndaşlığını qəbul edərək, dinc şəkildə yaşamaq.

İndi belə informasiyalar yayırlar ki, İrəvanda ermənilər təşkilatlanır, revanş götürür, fəallaşır və s. Olsun, Azərbaycan istənilən situasiyaya hazırdır. Hansı müstəvidə - istər hərbi, istər siyasi baxımdan addım atacaqlarsa, layiqincə cavablarını alacaqlar. Eyni zamanda burada xüsusi bir vacib məqamı qeyd etməliyik: İrəvanda bir qrup ermənini məhz Fransa, Avropadakı anti-sülh dairələr qızışdırır. Onlar ermənilərə maliyyə, silah vəd edir və Azərbaycana qarşı belə “təhdidlər” formalaşdırmağa çalışırlar. Ancaq bunun acısını Ermənistan xalqı, dövləti yaşayacaq və ağır şəkildə. Ona görə də erməni xalqını düşünən siyasətçilər varsa, onlar xalqı başa salmalıdır, revanşistləri, separatçıları özləri neytrallaşdırmaqda maraqlı olmalıdırlar. Çünki separatçı meylli qüvvələr Ermənistanda rahat yaşamaq istəyən insanların da həyatını pozur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə