"Böyük Qayıdış" prosesi 2040-cı ilə qədər yekunlaşacaq" - MÖVQE BİLDİRİLDİ

"Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra bu ərazilərə məcburi köçkünlərin köçürülməsi prosesinə start verdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, birinci, Zəngilanın Ağalı kəndinə böyük bir qəsəbə salındı, "Ağıllı kənd" layihəsi həyata keçirildi. Köçkünlərin bir hissəsi Zəngilana köçürüldü. Laçına da artıq köçürülmə prosesi baş verir. Füzuliyə də ailələr köçürülüb: "Azərbaycan davamlı olaraq yeni layihələr həyata keçirir, şəhər və kəndləri yenidən qurur. Ağdam, Şuşa, Füzuli, Cəbrayılda tikinti işləri gedir. Azərbaycan məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir.

Xankəndi və Xocalıda, Hadrutda da münbit şərait var. "Böyük Qayıdış" prosesi 2040-cı ilə qədər yekunlaşacaq. Azərbaycan tərəfi öz gücünə yeni layihələri, kənd və şəhərləri yenidən quraraq əhalini köçürdü. Ölkəmiz bununla nə beynəlxalq təşkilatları, nə də xarici ölkələri prosesə cəlb etdi. Çünki Azərbaycanın başı dik olacaq, gələcək perspektivdə rahat, normal şəraitdə xarici siyasətini də davam etdirəcək. Heç bir təşkilat, dövlətdən də asıllığımız olmayacaq. "Böyük Qayıdış" prosesi Prezident İlham Əliyevin tam nəzarəti altında həyata keçirilir. Bu, çox uğurludur. Müharibədən 4-5 il keçməsinə baxmayaraq məcburi köçkünlərin qayıdışı Azərbaycan dövlətinin nə qədər düzgün siyasət yeritdiyinin, nə qədər güclü olduğunun göstəricisidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə