"APA-nın yaxşı təşkilini yüksək qiymətləndiririk" - ŞURA SƏDRİ

"Asiya Parlament Assambleyasının işinin yaxşı təşkilini və hazırlığını yüksək qiymətləndiririk". SİA xəbər verir ki, bunu fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı Oman Sultanlığının Milli Şurasının sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali deyib.

Onun sözlərinə görə, sərvətlərin qorunub saxlanması və gələcək nəsillərin onlardan istifadə etməsi potensialını vurğulayırıq: "Davamlı inkişaf Omanda milli fəaliyyətin əsaslarından birini təşkil edir. Oman sultanlığı öz planları vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa çalışır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə