"Asiya hər sahədə irəli getmiş bir qitədir" - NUMAN KURTULMUŞ

"Asiya Parlament Assambleyası (APA) Asiyanın yüksəkliyində qatqısı olacaq önəmli, çoxtərəfli bir assembleyadır". SİA xəbər verir ki, Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında çıxışı zamanı Türkiyə Büyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, 14-cü sessiyası keçirilən Asiya Parlament Assambleyasında ortaya qoyulacaq fikirlərin Asiya ölkələri arasında birliyi təmin edəcək nəticələrə çıxaracağına ümid edilir: "Asiya yenidən yüksəlişə keçdiyi dövrü yaşayır. Bu çərçivədə bu hədəfə çatmaq APA-nın əsas hədəfi olmalıdır. İnkişaf etməkdə olan yeni beynəlxalq münasibətlərdə Türkiyənin Asiya ilə münasibətlərinə vacib yanaşırıq. Asiya hər sahədə irəliyə getmiş böyük mədəniyyətlər beşiyi olan bir qitədir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə