“Əməkdaşlıqların inkişafı İlham Əliyevin şəxsi nüfuzu ilə bağlıdır” - DEPUTAT DANIŞDI
“Ölkə başçısı İlham Əliyevin təkrar prezident seçilməsindən sonra dünya ölkələri liderlərinin təbrik teleqramları göndərməsi sadəcə protokol, etiket məsələsi deyil. Təbrik teleqramlarında xüsusi hörmət və ehtiramı, əməkdaşlığın inkişaf etdirilməsi istəyinin qeyd edilməsi ilk növbədə Prezidentimiz İlham Əliyevin şəxsi beynəlxalq nüfuzu ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, bu gün dünyanın ən yüksək reytinqli dövlət rəhbəri heç şübhəsiz Azərbaycan Prezidentidir: “O, bu nüfuzu özünün fəaliyyəti, birləşdirici güc olması ilə qazanıb. Bir neçə gün öncə Münxen Təhkükəsizlik Konfransında dünyanın müxtəlif ölkələrinin rəhbərlərinin, siyasətçilərinin cənab Prezident İlham Əliyevlə görüşmək üçün müraciət etmələri həmin nüfuzun göstəricilərindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB