Hədəf daha güclü Azərbaycan yaratmaqdır TƏHLİL

Hədəf daha güclü Azərbaycan yaratmaqdır TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi"

Son illər Azərbaycanın ictimai-siyasi həyatına, xüsusilə, yazılan tarixi günlərdən daha birini yaşadıq. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bu mərasimin ona görə tarixi əhəmiyyət var idi ki, bu prezident seçkisi ilk dəfə bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən 20 ili əhatə edən çox geniş, proqram xarakterli dərin məzmunlu nitqində ölkəmizin inkişafı, hədəfləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyev vurğuladı ki, bu seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-iqtidar birliyinin, xalqımızın dövlət başçısına olan böyük etimad və sevgisinin növbəti parlaq təcəssümüdür. Heç də təsadüfi deyil ki, xalqımızın milli mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməllərini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən lider kimi onun seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş edib.

"BU DA "SÖZÜMÜZ İMZAMIZDIR"

14 fevralda Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı proqram xarakterli idi və qarşıdakı dövrdə yeni hədəflərə dair konkret istiqamətləri özündə ehtiva edirdi. Eyni zamanda, bu mərasimin ona görə tarixi əhəmiyyət var idi ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: "Bu, da "Sözümüz imzamızdır" deyən Prezident İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş verirdi. 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Bundan sonra 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi. Fevralın 7-də müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi.

Ən əsas məqam isə, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri günü ən əlamətdar hadisə isə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi "erməni separatçılarının tabutuna vurulan son mismar" idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.

PREZİDENTİN ANDİÇMƏ MƏRASİMİNDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ ANONSU VERİLDİ

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitqində növbəti illərin əsas prioritetləri: "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir" - bunları qeyd edib.

Dövlət başçımız andiçmə mərasimində çıxışı zamanı bildirdi: "İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur".

Azərbaycan Prezidenti İlham Əliyev çıxış zamanı müqayisə üçün qeyd edərək bildirdi ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Dinamikanın olması sabaha daha böyük inamla addımlamağa əsas verir. Bu fakt inkaredilməzdir ki, İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir.

"BİZ ELƏ ORDU YARATMIŞIQ Kİ, - BUNDAN SONRA DA BU İŞLƏR DAVAM EDƏCƏK, - HEÇ KİM BİZƏ SATAŞA BİLMƏZ VƏ GƏLƏCƏKDƏ DƏ BELƏ BİR FİKİRDƏ OLA BİLMƏZ"

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxış zamanı vurğuladığı kimi, növbəti illərdə ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Beləliklə, qarşıda duran illərdə ordu quruculuğu prosesi davam etdiriləcək və ölkəmizin dövlət büdcəsində hərbi xərclərə lazımı qədər vəsait nəzərdə tutulub. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb və bu istiqamətdə görülən işlərin birinci mərhələsi uğurla başa çatıb, qarşıya yeni vəzifələr qoyulub. Bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və ordumuz bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin ediləcək, daha böyük həcmdə ixrac ediləcəkdir. Azərbaycanın artan iqtisadi və maliyyə imkanları fonunda ordu quruculuğu istiqamətində atılan addımların davamlılığından bəhs edərək onu da bildirib ki, dövlət büdcəmizdən ayırmalarda ilk yer hərbi xərclərdir: "Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi bütün dövrlər üçün əsas istiqamət olub. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. 30 il ermənilərin vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar."

Ordumuzun peşəkarlığına toxunan Prezident bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəkindən daha güclü olmasına diqqət çəkərək, rəsmi Bakının istənilən vəziyyətə hazır olduğunu diqqətə çatdırdı. Eləcə də Ordumuzun silah arsenalının zənginləşdirilməsinə, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət çəkərək, "Komando" briqadalarından danışdı. Dövlət başçısı belə bir çağırışı səsləndirdi: "Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz."

Azərbaycanın artan iqtisadi və maliyyə imkanları fonunda ordu quruculuğu istiqamətində atılan addımların davamlılığından bəhs edərək onu da bildirib ki, dövlət büdcəmizdən ayırmalarda ilk yer hərbi xərclərdir: "Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi bütün dövrlər üçün əsas istiqamət olub. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. 30 il ermənilərin vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar."

"SON 20 İLDƏN ARTIQ DÖVRÜN REALLIQLARI TƏSDİQLƏYİR Kİ, SÖZÜMÜZ İMZAMIZDIR"

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı vurğuladı ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq."

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan ədalətli və prinsipial yanaşmalarına sadiqdir. Lakin postmüharibə dövründə revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın təlimatları ölkə hüdudlarından kənardan aldığı aydın şəkildə müşahidə edilir. Məlumdur ki, uzun illər ərzində Ermənistan və təcavuzkar dövlətin ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Bu səbəbdən rəsmi İrəvan dünyada hərbi cinayətkar ölkə kimi tanınmalıdır. Bir neçə gün öncə baş verən təxribat da rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Prezident İlham Əliyev bildirib: "Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcək". Dövlət başçısı son 20 ildən artıq dövrdə Azərbaycan xalqının dəstəyi ilə görülən işlərdən, qazanılan uğurlardan, qələbələrdən geniş bəhs etdi. Bir daha vurğulandı ki, 2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı, onun Prezidentə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı dünyaya sübut edib ki, böyük xalqdır, öz taleyimizi özümüz həll edirik. Ölkəmiz bu illər ərzində sürətli inkişaf yolu keçdi, tarixi nailiyyətlər qazandı. Hər bir ölkənin tərəqqisində əsas amil olan iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar və uğurlu nəticələr bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır.

Bir sözlə, Prezident İlham Əliyevin hər bir çağırışın güclü Azərbaycanın qarşısında geniş imkanlar açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə alnı açıq, üzü ağ qədəm qoyuruq. Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Bəli, bu fikirlər Qalib Liderin öz xalqının parlaq gələcəyi üçün düşündükləri, gələcək fəaliyyət proqramıdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə