"ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır" - ŞƏRH EDİLDİ
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin görüşü Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi baxımdan yüksək qiymətləndirilməlidir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib
.
Onun sözlərinə görə, görüş zamanı müzakirə edilən iki əsas məsələ mövcud idisə bunlardan biri məhz iki ölkə arasında münasibətlərdir: “Blinkenin konfrans çərçivəsində İlham Əliyevllə görüşə vaxt ayırması şübhəsiz Azərbaycanın dünya səviyyəsində nüfuzunun daha da artdığına dəlalət edir. Düşünürəm ki, ABŞ-da baş verəcək prezident seçkilərinə qədər münasibətlərimiz normal səviyyədə olacaq və bu münasibətlərin daha da inkişaf etdirilməsinə hər iki tərəf ciddi səy göstərəcək”.
Politoloq bildirib ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin də inkişaf etdirilməsində də ciddi maraqlıdır və bu istiqamətdə istənilən nailiyyət ABŞ-da müsbət əhval-ruhiyyə yaradacaq: “Amma bildiyimiz kimi, Azərbaycanla ABŞ arasında müzakirə olunacaq və həllini gözləyən məsələlər də var. Bunlardan biri də elə məhz 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişdir. Məlum olduğu kimi, Azərbaycan son dövrlərdə bu düzəlişin aradan qaldırılması istiqamətində addımlarını intensivləşdirib. Düşünürəm ki, Blinkenlə keçirilən son görüş də bu məsələnin Azərbaycanın xeyrinə həllini tapmasına təkan verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB