"Azərbaycanın reaksiyası çox kəskin olacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın reaksiyası çox kəskin olacaq" - DEPUTAT ŞƏRH ETDİ

"Bu təxribatı törədən Ermənistan və ona havadarlıq edən bir sıra Qərb dövlətləridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, onlar, təəssüf ki, Ermənistanda revanşizm meyilinə dəstək oldular: "Ermənistan davamlı olaraq bu təxribatları törədir. Sülhməramlıların taleyi məsələsinə gəldikdə isə, Azərbaycanın bununla bağlı mövqeyi məlumdur. Bizim yanaşmamız ondan ibarətdir ki, 2025-ci ildə vaxt tamam olur. Sülhməramlılar bu ərazilərdən çıxmalıdır. Bununla bağlı Rusiya tərəfinin də dediyi kimi, müəyyən araşdırmalar və müzakirələr gedir. Təxribatların rus sülhməramlılar tərəfindən törədilməsi məsələsinə gəldikdə isə, mən düşünürəm ki, bu təxribatların müəllifi məhz Ermənistanın özüdür. Bu təxribatları Ermənistan özü törədir. Bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Bütün hallarda Ermənistan məsuliyyət daşıyır. Ya Paşinyan öz ordusuna nəzərat edə bilmir, ya da ikinci variant odur ki, Ermənistanın öz tərəfindən təşkil olunur. Mən düşünürəm ki, Azərbaycanla Ermənistan sərhəddində ermənilər təxribat törətməyə çalışırlar. Bu gün təxribatlar bunu açıq-aydın göstərir. Ermənistan tərəfi bilməlidir ki, bu məsələlərə Azərbaycanın reaksiyası çox kəskin olacaq. Azərbaycan onun üçün təhlükə yaradan bütün maneələrin və proseslərin qarşısını birmənalı olaraq ciddi şəkildə və qətiyyətlə alacaq. Azərbaycan bu məsələdə qəti güzəştə getmək fikrində və niyyətində deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə