"Əli Əsədov Azərbaycan xalqına və dövlət başçısına sadiqdir" - Ziyafət Əsgərov
“Əli Əsədovun beş illik fəaliyyəti göstərdi ki, o, həqiqətən yerində olan və Azərbaycan Prezidentinə sadiq bir insandır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.
“Düşünürəm ki, Ə.Əsədovun yenidən Baş nazir seçilməsi Azərbaycan xalqının rifahının yüksəldilməsinə şərait yaradacaq. Əli Əsədovun Baş nazir seçilməsi məntiqli məsələdir və mən onun namizədliyini dəstəkləyirəm”,- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB