Ermənistan Azərbaycanı sərhədlərin delimitasiyasını sürətləndirməyə çağırıb
…İrəvan Bakını iki dövlət arasında 2022-ci ildə Praqada əldə edilmiş yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə dəvət edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O, 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyünü xatırladıb.
Rus saytının yazdığına görə, oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, onlar bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyacaqlar.
Belə ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesinin siyasi əsasına çevriləcək.
Biz Azərbaycana bu saziş əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyi və Ermənistan Respublikasının hazır olduğunu təsdiq etməyi təklif edirik.
Badalyan bildirib bunu.
2022-ci ilin oktyabrında Praqada Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında danışıqları davam etdirmək barədə razılığa gəliblər. Sənəddə xüsusilə qeyd olunub ki, SSRİ dağılandan sonra ölkələr sovet dövründən qalma sərhədləri saxlayıblar.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması real ssenaridir. Onun sözlərinə görə, Azərbaycan tərəfinin danışıqlar zamanı razılaşdırılmış məqamları təsdiqləməsi şərti ilə sənəd ən qısa zamanda imzalana bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB