"Ziddiyyət tam aradan qalxdı" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Ziddiyyət tam aradan qalxdı" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Bildiyimiz kimi Milli Məclisin payız sessiyasında qanunvericikdə, bəzi yeni qanunların qəbul olunması ilə bərabər, mövcud olan bəzi qanunlarda da dəyişikliklər olunmuşdu. Bu dəyişikliklərdən biri də hərbiçilərin pensiya yaşının artırılması idi. Milli Məclis tərəfindən qəbul olunmuş qanun layihələri, təsdiq olunması üçün möhtərəm cənab Prezidentə təqdim edilmişdi". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə bu günlərdə Dövlətimizin Başçısı “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu sərəncamla təsdiq edilib: "Bu dəyişikliklərdə hərbçilərin pensiya yaşının 20 təqvim ilindən 25 təqvim ilinə artırılması nəzərdə tutulub. Burada məqsəd hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etməkdir. Qanunun yeni variantında hərbi xidmətdə olan qadınlardan onların ehtiyatda olmaları üçün yaş həddi tələb edilmir. Bununla da qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı qanunvericilikdə, daha doğrusu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyət tam aradan qaldırılmış olur".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə