"Ümumiyyətlə, ordu elə bir strukturdur ki, orada davamlı yenilənmə, modernləşdirmə və silah arsenalının potensialının artırılması istiqamətində addım atmaq mümkündür. Hər bir ölkə özünün coğrafi ərazisinə və rəqib olduğu ölkələrə uyğun olaraq hərbi imkanlarını formalaşdırır. Azərbaycan Ordusunun son 30 ildə qarşısına qoyduğu tapşırıq birmənalı olaraq Ermənistanla hərbi əməliyyatlara hazırlaşmaq və ərazilərimizin işğaldan azad olunması idi. Böyük ölçüdə məsələni həll etsək də, müəyyən problemlər qalmaqdadır". Bu sözləri SİA-ya hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun həm strukturlaşmasında yeniliklər həyata keçirilir, həm də silah arsenalında müəyyən işlər aparılır: "Müasir tələblərə uyğun olaraq rəqəmsal texnologiyalar prioritet götürülür. Məsələn, pilotsuz uçuş aparatları. Bu aparatların da bir neçə növü var - Kəşfiyyat-müşahidə dronu, silah daşıyan dron, kamikadze dron”.
R.Məmmədli əlavə edib ki, Ordumuzun bir az da güclənməsi üçün ölkənin hava məkanının yaxşı qorunması istiqamətində daha müasir texnologiyalara üstünlük vermək lazımdır: “Məsələn, lokal ərazilərin mükəmməl müdafiəsi üçün S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinin əldə edilməsi bizim üçün daha effektiv olar. Azərbaycan “Dəmir qübbə” hava hücumundan müdafiə sistemindən istifadə edir. Lakin bu istiqamətdə daha da güclü sistemə keçmək olar.
Ümumilikdə isə müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı və tənzimlənməsi ilə bağlı bir çox yeniliyə ehtiyac var”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB