“Avropa İttifaqı hər vəchlə Ermənistanın mövqeyini müdafiə edir” - ŞƏRH EDİLDİ

“Avropa İttifaqı hər vəchlə Ermənistanın mövqeyini müdafiə edir” - ŞƏRH EDİLDİ

“Avropa İttifaqının müxtəlif strukturlarının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qeyri-adekvat və pozucu yanaşması əvvəldən məlumdur. Xüsusilə də Azərbaycan-Ermənistan sərhəddinə Avropa İttifaqının mülki müşahidə missiyası adı altında əslində pozucu bir qüvvənin göndərilməsi, onun fəalliyətinin genişləndirilməsi bunu deməyə əsas verir. Məhz Avropa İttifaqının həmin mülki missiyasının himayəsi altında Azərbaycan-Ermənistan sərhəddinə ötən aylar ərzində dünyadan ən müxtəlif səyahətlər təşkil olunub, diplomatların sərhəddə müşahidə aparmasına şərait yaradılıb. Bütün bunlar heç də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, vəziyyətin gərginləşməsinə səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, əks-təqdirdə Avropa İttifaqı Ermənistanın Azərbaycanla sülh sazişi imzalamamışdan əvvəl revanş niyyəti ilə silahlanmasına göz yummazdılar: “Son günlərdə Zəngilanda sərhəd təxribatında Avropa strukturlarının oynadığı zərərli rolu görmək kifayətdir. Ermənistanın törətdiklərini ört-basdır etməyə çalışsalar da, bu onların əməllərini dəyişmir. Avropa İttifaqı hər vəchlə Ermənistanın mövqeyini müdafiə edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə