"Fransadan tələb edirik" - MİLLƏT VƏKİLİNDƏN SƏRT AÇIQLAMA

"Fransadan tələb edirik" - MİLLƏT VƏKİLİNDƏN SƏRT AÇIQLAMA

"Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Fransa diktaturası polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərmirlər". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır: Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyir. Haqqlı olaraq Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik".

M.Cefərov qeyd edib ki, azad politoloqlar tərəfindən Milli Məclisin bu təşəbbüsü birmənalı qarşılanmayıb: "Korsika xalqının bu azadlıq hərəkatının Milli Məclis tərəfindən dəstəklənməsi sanki qıcıq yaradır. Azərbaycan hər zaman haqqısız yerə hüquqları tapdalanan xalqlara dəstəyini ifadə edib. Bundan sonra da təbii ki, edəcək. Dövlətimizin bu siyasəti davamlı olacaqdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə