“Əhalinin seçkidə iştirak faizi kifayət qədər yüksək idi” - ŞƏRH EDİLDİ
“7 fevralda keçirilən növbədənkənar Prezident seçkilərində bir çox ilklərə imza atıldı. Birincisi Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə seçkilər ölkənin bütün ərzisində keçirildi. İkincisi Azərbaycan ərazisində keçirilən seçkilərdə Prezidentə ən yüksək şəkildə etimad göstərildi. Yəni, xalq 2020-ci il Qarabağ müharibəsindən sonra çalınmış zəfərin vəfa borcu olaraq İlham Əliyevin yanında oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, növbədənkənar Prezident seçkiləri demokratik şəkildə keçirildi və ölkə başçısı İlham Əliyev ən yüksək nəticə ilə seçkilərdə qalib gəldi: “Əhalinin seçkilərdə iştirak faizi də kifayət qədər yüksək idi.
Ölkə başçısı seçkilərdən öncə də bildirdi ki, seçkilər yeni eranın başlanğıcıdır. Yəni növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycanın müstəqilliyinin əbədi olması, sosial-iqtisadi problemlərin həlli və əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması üçün mühüm işlər görülməyə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB