"Azərbaycan bölgədəki varlığını nümayiş etdirir" - TÜRKİYƏLİ GENERAL BİLDİRDİ

“Ali Baş Komandan İlham Əliyevin “Akıncı” PUA-larını hərbi geyimdə nəzərdən keçirməsi və şəxsən özünün PUA-lardan birini idarə etməsi də simvolik mesajlar daşıyan fəaliyyətdir. Türkiyənin istehsal etdiyi milli və yerli silah sistemi ilə verilən görüntülər dosta güvən, düşmənə qorxu salacaq şəkildə Türkiyə-Azərbaycan münasibətlərinin “Şuşa bəyannaməsi” ilə tarixinin ən üst nöqtəsinə çatan münasibətlərin daha da artacağı mesajı verilib”. Bu barədə SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib

Onun sözlərinə görə,“Akıncı” PUA-ları təxminən 24 saat havada qala, 12500 metr yüksəklikdə fəaliyyət göstərə, havadan hücum gerçəkləşdirə bilir: “Üzərində daşıdığı raketlərlə havada sadəcə bir yeri bombardman etməkdən əlavə döyüş təyyarələrinə, digər uçuş aparatlarına qarşı hava hücumu həyata keçirə bilir”.

General bildirib ki, “Akıncı” PUA-larının İlham Əliyev tərəfindən idarə olunmasının ən əsas cəhəti bunun seçkilərdən sonra həyata keçirilmiş olmasıdır: “Bildiyim qədəri ilə müəssisə seçkilərdən əvvəl tamamlanmışdı. İlham Əliyevin “Akıncı”larla görüntülərinin seçkilərdən sonra, hərbi geyimdə verilməsi və cənab Prezidentin PUA-nı imzalamış olması seçkilərdən əvvəl ifadə edilən yeni dövrə işarədir. Yeni dövrdə Azərbaycan daha güclü, daha qərarlı, başqa dövlətlərdən gözləntisi olmadan insanlığa, bölgəyə, dünyaya barış və əmin-amanlıq vermək adına aktiv addımlar atacağına dair mesaj verdi. Bunun seçkidən sonra verilən ilk görüntü olması da önəmlidir. Bildiyimiz üzrə Ermənistan masadan qaçmaqda, sülh sazişini imzalamamaqdadır. Eyni zamanda bunların fonunda Ermənistan olmayan pulu ilə Hindistan, Fransa, İran tərəfindən silahlandırılır. Görüntülər “Dəmir Yumruq”un daim havada olduğunu göstərən bir mesajdır. Artıq Azərbaycanın gücsüz dövlət, ordu olmaq şansı yoxdur. Azərbaycan bölgədəki varlığını, dövlətinin, millətinin, silahlı qüvvələrinin liderinə bağlı olduğunu nümayiş etdirir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə