Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq bağlarına əsaslanıb - Valentina Matviyenko

Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq bağlarına əsaslanıb - Valentina Matviyenko

Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. SİA-nın xəbərinə görə, bu fikirlər Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda qeyd edilib ki, bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə