“Ulu Öndərin Naxçıvanın inkişaf yolunda əvəzsiz rolu olub” - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU

“Ulu Öndərin Naxçıvanın inkişaf yolunda əvəzsiz rolu olub” - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU

“Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından tam 100 il ötür. Məhz bu gün 100 il öncə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaranması elan olunmuşdu. Əslində Naxçıvana muxtariyyət verilməsi 1921-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanan Moskva, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşmişdir. Naxçıvan uzun inkişaf yolu keçib”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, 1924-cü ildə ilk dəfə yaradılarkən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası üç qəza və 12 dairəyə bölünmüş, lakin 1925-ci ildə qəzalar ləğv edilib, dairələrin sayı 8-ə endirilmişdi: “Daha sonra 1930-cu ildə bir neçə rayon yaradılmışdır, 1978-ci ildən isə inzibati cəhətdən 5 rayona bölünmüşdür.

1990-cı ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvanın inkişaf yolunda əvəzsiz rolu olmuşdur və həmin ilin 17 noyabr tarixində məhz Ulu Öndərin siyasəti nəticəsində Naxçıvan MR-in adından “Sovet Sosioloist” sözləri çıxarıldı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi. Naxçıvan tarix boyu mədəniyyət mərkəzi olmuş, görkəmli şəxsiyyətlər yetirib. Hazırda da Naxçıvan MR-də dövlət layihələri keçirilir, infrastruktur yenilənir. Bu gün Naxçıvan həm də yaşıl enerji zonası elan edilib. Bu da Naxçıvanın Azərbaycanın mühüm ərazisi olduğunu bir daha göstərmiş oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə