Özbək parlamentinin nümayəndələri mətbuat konfransı keçiriblər. SİA xəbər verir ki, Özbəkistan parlamentinin nümayəndələri komitə sədri Odiljon İminov, Qanunvericilik Palatasının deputatı Şərzod Kulmatov olub.
Odiljon İminov: "Seçki prosesini müşahidə etmək bizim üçün çox faydalı və maraqlı oldu. Lazımi şərait və imkanlar yaradılmışdı. Heyətimiz seçki günü Moldova, Belarus heyəti ilə birlikdə Şuşa, Xankəndi şəhərlərində yerləşən məntəqələrdə oldu. Seçki qutuları möhürlənmişdi, seçki məntəqələrinə gələn insanların təkrar gəlməsi halları baş vermədi. Seçki məntəqələrində ilk dəfə səs verməyə gələn gənclər fəal iştirak etdilər. Seçki məntəqələri kameralar ilə müşahidə olunurdu. Növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasının qanunlarına uyğun keçirilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB