Buxarestdə səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatıb

Buxarestdə səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatıb

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Rumıniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunub.

SIA xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 88 faiz seçici fəallığı ilə başa çatıb.

Məntəqədə Rumıniyada olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb. Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə