Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində səsvermə başa çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə səfirlikdə yaradılmış 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla 19:00-da yekunlaşıb.
Seçki komissiyasından bildiriblər ki, səsvermə seçici fəallığı ilə müşahidə olunub. Seçicilərin 86 faizi səsvermədə iştirak edib. Səsvermə zamanı hər hansı şikayət daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB