“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb. SİA xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb.
Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, digər namizədlər nisbi xəta faizindən də aşağı nəticə əldə ediblər: "Ona görə də onların faizlər üzrə yerləri nisbidir".
“Exit-poll”un nəticələrinə əsasən, Əliyev Fuad Ağası oğlu 0,84, Həsənquliyev Qüdrət Müzəffər oğlu 0,46, Musayev Elşad Nəbi oğlu 0,11, Mustafa Fazil Qəzənfər oğlu 0,58, Nurullayev Razi Qulaməli oğlu 1,16, Oruc Zahid Məhərrəm oğlu 0,37 səs qazanıb.
Mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib. Prosesdə ümumilikdə supervayzer və intervyüer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB