“Bu Azərbayacanın tarixi prezident seçkiləridir” - Arçil Talakvadze

“Bu Azərbayacanın tarixi prezident seçkiləridir” - Arçil Talakvadze

“Biz Gürcüstan parlamenti olaraq burada hər birinizi salamlamaqdan qürur duyuruq”. SİA xəbər verir ki, bunu açıqlamasında Gürcüstan parlamenti sədrinin müavini, beynəlxalq müşahidəçi Arçil Talakvadze deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləridir: “Mən Gürcüstan parlamentinin spikeriyəm. Biz ölkədəki seçki məntəqəsinə öz təşəkkürümüzü bildiririk. Eyni zamanda beynəxalq müşahidəçiləri burada görürük. Seçicilərin seçki məntəqələrindəki fəallığı yüksəkdir. Burada bir çox qaydalar var və seçkilərdə sakitçilik önə sürülmüşdür. Media nümayənləri seçki məntəqəsində tam çıxış ediblər. Səsvermə zamanı bütün seçki məntəqələrində qaydalara əməl olunmuş, seçicilər öz hüquqlarından sərbəst şəkildə istifadə ediblər. Bu Azərbaycanın tarixi prezident seçkiləridir və səs vermədə səs verən vətandaşlar qeyd edib ki, bu tarixi bir andır. Bütün respublikanın ərazilərində vətəndaşlar səs vermədə iştirak etmişdir. Bir daha Azərbaycan xalqını təbrik etmək istərdim".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə