23 saylı seçki məntəqəsində 7 fevral - növbədənkənar prezident seçkilərində müşahidəçi kimi iştirak edirəm. Seçkilər çox şəffaf, demokratik keçirilib və vətəndaşlar istədikləri namizədlərinə səs veriblər. Məntəqədə 7 namizədin müşahidəçiləri, o cümlədən partiya nümayəndələri təmsil olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu müsahibəsində Nərimanov rayonu 20 saylı II seçki dairəsinin 23 saylı seçki məntəqəsində müşahidəçi Qabil Yusifov söyləyib.
“Gün ərzində seçkilərdə vətəndaşların fəallığı müşahidə olunub, səsvermə prosesində növbələr də yaranıb. Vətəndaşlar seçkilərə çox həvəslə gəliblər. Hətta səsvermə məntəqəsinə ailəlikcə gələnlərin şahidi olduq. Vətəndaşların seçkilərdə fəal iştirak etməsi bizdə böyük fərəh və sevinc hissi yaradır. Əhalinin səsverməyə gəlməsi seçkilərin daha demokratik keçirilməsindən xəbər verir”,- deyə Qabil Yusifov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB