Ən yüksək seçici fəallığı olan dairə məlum olub

Ən yüksək seçici fəallığı olan dairə məlum olub

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək olduğu seçki dairələri bəlli olub. SİA Secki-2024.az saytına istinadən xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 791 nəfər (77.97%) səsvermədə iştirak edib.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

Bütün xəbərlər Facebook səhifəmizdə