“Azərbaycanda keçirilən prezident seçkilərində fəallıq artıb” - Mixail Qusman
2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri əvvəlkilərdən yüksək fəallığı ilə seçilir. SİA xəbər verir ki, bunu “NEWS.ru”ya açıqlamasında TASS-ın baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib.
O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir: “Bu seçkilərdə əvvəlkilərdən daha çox fəallıq var. Bu doğrudur. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər”, - o vurğulayıb.
M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş əraziləri azad etməsi mühüm əhəmiyyət kəsb edir: “Bu, insanların seçkiyə olan marağına çox təsir göstərib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB