Kiyevdə səs verən seçici danışdı

Kiyevdə səs verən seçici danışdı

Bu gün Kiyevə raket hücumları olmasına baxmayaraq, Zəfər seçkilərində qürurla iştirak edirik. SİA xəbər verir ki, bu fikri Kiyevdə səs verən seçici Kamran İsmayılov söyləyib.

O bildirib ki, Zəfər seçkiləri əvvəlkilərdən fərqlənir, səsvermə Azərbaycanın bütün ərazisində keçirilir. “Ukraynada yaşayan Azərbaycan vətəndaşları da səsvermədə iştirak etməyi özlərinə borc bilirlər. Mən də öz ailəmlə gələrək səs verdim. Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Əminəm ki, Ukraynada yaşayan Azərbaycan vətəndaşları da seçkilərdə fəal iştirak edəcəklər”, - deyə K.İsmayılov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə