Bu gün -7 fevral tarixində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 19 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilər səhər 08:00-da başlayıb. SİA xəbər verir ki, seçicilər aktiv şəkildə iştirak edirlər. Qeyd edək ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi, 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. 19 saylı seçki məntəqəsi Bakı şəhəri K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə yaradılıb.

19 saylı seçki məntəqəsinin sədri İlhamə Zalova: "Seçki çox sakit və gözəl keçir. Əminik ki, seçicilərimizin hamısı iştirak edəcəklər. 841 nəfər seçicimiz var. Bülletenlərimizin hamısı normal paylanılıb. Olmayanlara zəng edib xəbər vermişik, gəlib götürüblər".

Müşahidəçi Gülnar Padarova: "Böyük Quruluş Partiyası"nın müşahidəçisiyəm. Seçki prosesi çox aydın və şəffaf keçir. Səhər saat 08:00-dan vətəndaşların axını başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB