"Azərbaycan gəncləri seçki proseslərində iştirak edirlər" - QH Gənclər Şəbəkəsinin müşahidəçisi
Azərbaycan gəncləri növbədənkənar prezident seçkilərində fəal şəkildə səs verirlər. SİA Secki-2024.az saytı na istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin müşahidəçisi Çifundo Robert deyib.
“Hesab edirəm ki, burada seçki prosesi çox yaxşı gedir. Biz görürük ki, seçki məntəqələrinə həm kişilər, həm də qadınlar gəlir, onların arasında çoxlu gənclər var. Düşünürəm ki, demokratik proseslərdə həmişə qarşılaşdığımız ən aktual problem gənclərin seçkilərdə iştirak etməməsidir. Amma gördüyümüz kimi, Azərbaycan gəncləri də seçki proseslərində iştirak edir və bu, sevindirici haldır”, - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB