"Seçkilər zamanı media qurumlarının fəaliyyəti vacibdir" - SƏDR

"Seçkilər zamanı media qurumlarının fəaliyyəti vacibdir" - SƏDR

“Bizimlə əməkdaşlıq edən qurumlar arasında ən əhəmiyyətli olan media qurumlarıdır”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının növbədənkənar Prezident seçkiləri ilə bağlı mətbuat konfransında çıxışı zamanı MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, media qurumlarının fəaliyyəti bütün prosesləri Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması və proseslərin şəffaf keçirilməsi baxımından vacibdir: “İndiyə qədər media qurumlarının bugün göstərdiyi fəaliyyətində uğurlar arzu edirəm. Media qurumlarının bizə çatdırdığı məlumatlara xüsusi əhəmiyyət verilir. Çatışmazlıqlar barədə məlumat verilərsə həmin problem aradan qaldırılacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə